RU

"Real"ın üç futbolçusu Çempionlar Liqasında "Mançester Siti" ilə cavab oyununu buraxa bilər

İspaniyanın "Real" klubunun futbolçuları Kilian Mbappe, Alvaro Karreras və Ferlan Mendi UEFA Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" (İngiltərə) ilə keçiriləcək cavab oyununu buraxa bilərlər.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, hər üç futbolçu İspaniya La liqasının XXVIII turunda "Elçe"yə qarşı keçiriləcək matçda da meydana çıxmayacaq.

Qeyd edək ki, "Real" – "Elçe" oyunu martın 14-də Madriddə keçiriləcək.

Избранный
12
moderator.az

1Источники