RU

Müctəba Xamenei ilə bağlı daha bir SENSASİON İDDİA

İranın yeni Ali Lideri Müctəba Xameneinin səhhəti ilə bağlı iddialar yayılıb.

NOCOMMENT.az xəbər verir ki, xarici mətbuatın məlumatına görə, yeni ali liderin bu gün televiziya efirində görünməməsi və müraciətinin aparıcı tərəfindən oxunması onun ağır vəziyyətdə ola biləcəyi ehtimalını gündəmə gətirib.

“Daily Mail” nəşri yazır ki, bu hal Müctəba Xameneinin səhhətinin o qədər ağır olduğunu göstərə bilər ki, o, müraciətini hətta əvvəlcədən videoya belə çəkə bilməyib.

Qəzetin Tehrandakı mənbəsinin sözlərinə görə, bəyanatın yayımlanmasına baxmayaraq, Müctəba Xameneinin paytaxtın tarixi hissəsində yerləşən Sina Universitet Xəstəxanasının reanimasiya şöbəsində olduğu iddia edilir. Bildirilir ki, İranın ali liderinin təhlükəsizliyini təmin etmək üçün xəstəxananın bir hissəsi bağlanıb və ərazi təhlükəsizlik qüvvələri tərəfindən qorunur.

Eyni zamanda, Müctəba Xameneinin 86 yaşlı atasının həyatını itirdiyi hava zərbələri zamanı yaralanıb-yaralanmadığı hələ dəqiq məlum deyil.

Sara
NOCOMMENT.az

Избранный
63
nocomment.az

1Источники