RU

İran ABŞ və İsrailli yeni əməliyyat cəbhələri ilə HƏDƏLƏDİ

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

Regiondakı münaqişə davam edəcəyi təqdirdə, Tehran ABŞ və İsrailə qarşı hərbi əməliyyatların yeni cəbhələrini aça bilər.

Publika.az xəbər verir ki, bu barədə İranın yeni ali lideri Müctəba Xameneinin xalqa müraciətində deyilir.

"Düşmənin demək olar ki, təcrübəsinin olmadığı və onun ciddi şəkildə zəif tərəflərinin üzə çıxacağı yeni cəbhələrin açılması məsələsi nəzərdən keçirilib", - Ayətullahın İranın dövlət teleradio şirkəti tərəfindən yayılan bəyanatında bildirilib.

Xameneinin sözlərinə görə, maraqlara söykənən "hərbi vəziyyət" davam edərsə, bu cəbhələr işə salınacaq.

O həmçinin vurğulayıb ki, düşmənə təzyiq göstərmək üçün Hörmüz boğazını bağlamaq imkanlarını qoruyub saxlamaq İran üçün mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, Xamenei Yaxın Şərq ölkələrini regiondakı Amerika bazalarını mümkün qədər tez bağlamağa çağırıb və qeyd edib ki, İran hər zaman quru və ya dəniz sərhədi olan bütün dövlətlərlə isti və konstruktiv münasibətlər qurmağa çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
1
hurriyyet.az

2Источники