“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
İdman.Biz bildirir ki, yarışın mətbuat xidməti bu barədə X sosial media səhifəsində məlumat verib.
Uruqvaylı futbolçu 1/8 finalın ilk oyununda (3:0) “Mançester Siti”nin qapısına üç qol vurub.
Səsvermədə Valverde “Tottenhem Hotspur” üzərində 5:2 hesablı qələbədə iki qol vuran və bir məhsuldar ötürmə edən “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresi, “Çelsi”ylə oyunda (5:2) iki qol vuran və bir məhsuldar ötürmə edən PSJ-nin cinah oyunçusu Xviça Kvarasxeliyanı və “Atalanta” üzərində 6:1 hesablı qələbədə iki qol vuran və bir məhsuldar ötürmə edən “Bavariya”nın hücumçusu Maykl Olisedən üstün olub.