RU

2025-ci ildə Azərbaycanda əməkhaqqı kartları ilə edilən nağdsız ödənişlərin həcmi açıqlanıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda əməkhaqqı kartları ilə həyatakeçirilən ödənişlərin 54,2%-i nağdsız formada aparılıb.

Trend-inMərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycandaəməkhaqqı kartlarının sahibləri arasında nağdsız ödənişlərinistifadəsində artım müşahidə olunur.

Belə ki, 2025-ci ildə əməkhaqqı kartları ilə həyata keçirilənödənişlərin 54,2%-i nağdsız formada həyata keçirilib. Azərbaycandasosial kartlar vasitəsilə edilən ödənişlərdə nağdsız əməliyyatlarınpayı son üç ildə 9 faiz bəndi artaraq 20%-ə çatıb.

Qeyd edək ki, yanvar ayında Azərbaycanda bank sistemləri və"Azərpoçt" ASC vasitəsilə dövriyyəyə buraxılmış ödəniş kartlarınınsayı əvvəlki ayla müqayisədə 176 min artaraq 22 milyon 156 minədədə çatıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11%artıb.

Debet kartlarının sayı 13,3% artıb, kredit kartlarının sayı isə7,6% azalıb.

Избранный
59
az.trend.az

1Источники