Zrenyanin, 12 mart, AZƏRTAC
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda fransalı İris Matilda Tibunu üstələyib və həlledici raunda yüksəlib.
Bu gün, həmçinin Gültəkin Şirinova (55 kiloqram) finalda macarıstanlı Gerda Tereklə, Günay Qurbanova (59 kiloqram) isə Belarus təmsilçisi Marta Hetmanava ilə münasibətlərini aydınlaşdıracaq.
Müxbir: Cavid Əliyev