RU

Tramp deyib ki, neft qiymətləri artdıqda ABŞ bundan böyük gəlir əldə edir. » AzadMedia.az

Tramp


ABŞ prezidenti Donald Trump bildirib ki, ABŞ hazırda dünyada ən böyük neft istehsalçısıdır və neft qiymətləri artdıqda ölkə bundan böyük gəlir əldə edir.

O, bu barədə özünün sosial media platforması olan Truth Social hesabında paylaşım edib.

Tramp qeyd edib ki, neft qiymətlərinin yüksəlməsi ABŞ üçün iqtisadi baxımdan sərfəlidir. Onun sözlərinə görə, ABŞ dünyanın ən böyük neft istehsalçısı olduğu üçün qiymət artımı ölkəyə ciddi gəlir gətirir.

Bununla yanaşı, Tramp vurğulayıb ki, prezident kimi onun üçün daha vacib məsələ Iranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. O, İranı “şər imperiyası” adlandıraraq bildirib ki, Tehranın nüvə silahı əldə etməsi Yaxın Şərq və ümumilikdə dünya üçün böyük təhlükə yarada bilər.

ABŞ prezidenti əlavə edib ki, İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcək.

Избранный
81
1
azadmedia.az

2Источники