RU

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib

Rusiyadan İrana göndərilən humanitar yardım Astara dövlət sərhəd buraxılış məntəqəsindən İrana keçib.

Moderator.az-ın verdiyi xəbərə görə Rusiyadan İran İslam Respublikasına göndərilən dərman ləvazimatları ilə humanitar yardım bir az əvvəl Astara dövlət sərhəd buraxılış məntəqəsinə çatıb.

Müvafiq prosedur qaydalarından sonra humanitar yardımın Azərbaycan sərhədi vasitəsi ilə İrana keçidi təmin olunub.

Qeyd edək ki, bu gün günorta saatlarında Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsi humanitar yardımla Lənkəran Beynəlxalq Hava Limanına eniş edib. Yüklər İrana məxsus Qirmızı Aypara Cəmiyyətinin yük avtomobillərinə yüklənərək Astara istiqamətinə yola salınıb.

Избранный
37
4
moderator.az

10Источники