RU

Finalissima ilə bağlı qərar hələ verilməyib

Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia İspaniya və Argentina milli komandaları arasında keçiriləcək Finalissima oyununun məkanı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

90deqiqe.Az xəbər verir ki, "TN" funksionerin dediklərini belə çatdırıb.

 “Biz İspaniya ilə əməkdaşlığa başlamağa hazırlaşırıq. Çünki İspaniya istəyir ki, Finalissima onların ərazisində keçirilsin. Mən isə oyunun "Monumental stadionu"nda keçirilməsini istəyirəm”

Daha əvvəl qarşılaşmanın Doha şəhərindən Madridə köçürülə biləcəyi və "Real Madrid"in ev stadionu olan "Santyaqo Bernabeu stadionu"nda baş tutacağı iddia olunurdu. 

Qeyd edək ki, ilkin plana əsasən, yarışın oyunu 27 mart tarixində Qətərdə yerləşən "Lusail stadionu"nda keçirilməli idi.

Избранный
82
90deqiqe.az

1Источники