RU

Onlayn ticarətdən narazılıqlar artır

Azərbaycanda son vaxtlar sosial şəbəkələr, xüsusilə də "Instagram" üzərindən fəaliyyət göstərən onlayn geyim və digər satış səhifələri ilə bağlı vətəndaş narazılıqları artır. Belə ki, bəzi hallarda vətəndaşlar mağazası və rəsmi ünvanı olmayan səhifələrdən məhsul sifariş edir, əvvəlcədən ödənişin tamını və ya bir hissəsini köçürürlər. Lakin sonradan ya səhifə tərəfindən bloklanırlar, ya da təqdim olunan məhsulla çatdırılan məhsul eyni olmur. Bu tip satıcılar isə əksər hallarda məhsulun geri qaytarılmasına və ya dəyişdirilməsinə icazə vermirlər.Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı çoxlu şikayətlər daxil olur. Onlayn alış-veriş zamanı ciddi problemlər yaşandığı bildirilir. İstehlakçı hüquqlarının pozulması və vətəndaşların aldadılması ilə bağlı bir sıra amillər qeyd olunur: “Onlayn ticarətdə əsas problemlərdən biri istehlakçının tələbatına uyğun olmayan malların göndərilməsidir. Platformalarda məhsulun təqdimatı ilə real vəziyyəti arasında fərqlər olur - reklam olunan mal ayrı, göndərilən mal isə fərqli olur. Həmçinin məhsulun mövcudluğu, istehlakçının tələbatını ödəməyən malların qaytarılması zamanı yaranan çətinliklər və digər bu kimi problemlər də mövcuddur. Təəssüf ki, istehlakçılar getdikcə onlayn ticarətə daha çox üstünlük verirlər və bu da həmin sahədə problemlərin artmasına səbəb olur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
83
metbuat.az

1Источники