RU

Krasnodar vilayətində neft bazasında yanğından sonra havada təhlükəli maddələrin miqdarı artıb » AzadMedia.az


Rusiyanın Krasnodar vilayətinin Tixoretsk şəhərində neft bazasında baş verən yanğından sonra havada benzol və ksilol maddələrinin icazə verilən həddən artıq olduğu müəyyən edilib. Bu barədə Rospotrebnadzor məlumat yayıb. Bildirilib ki, mütəxəssislər havanın keyfiyyətini bir neçə nöqtədə yoxlamağa davam edir və sakinlərə mümkün qədər çöldə olmamaq, zərurət yaranarsa maska və ya respirator taxmaq tövsiyə olunur. Yanğın gecə saatlarında dron hücumundan sonra başlayıb və sahəsi 3,8 min kvadratmetrə qədər genişlənib. Hadisənin söndürülməsinə 250-dən çox xilasedici və onlarla texnika cəlb olunub. Rəsmi məlumata görə, xəsarət alan yoxdur.
Избранный
44
1
azadmedia.az

2Источники