RU

“Arsenal” gözünü ona dikib

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Brandt mövsümün sonunda komandadan ayrıla bilər.

İdmanxeber.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə İngiltərə klubları – “Arsenal” və “Aston Villa” maraqlanır. Hər iki komanda onu yayda sərbəst agent kimi heyətinə qatmağı planlaşdırır.

Brandt bu mövsüm Bundesliqada 20 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Избранный
51
idmanxeber.az

1Источники