RU

Səudiyyə Ərəbistanı neft yataqlarına hücum edən PUA nı məhv etdiyini AÇIQLADI

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə (HHM) qüvvələri dünyanın ən böyük neft-qaz yataqlarından birinə doğru buraxılan doqquz pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Bu günün əvvəlindən ölkənin HHM qüvvələri Rub-əl-Xali səhrasındakı Şeyba yatağına doğru buraxılan İranın doqquz PUA-sını ələ keçirərək məhv edib",  deyə Müdafiə Nazirliyindən dəqiqləşdiriblər.

Martın 12-də "The Wall Street Journal" nəşri mənbələrə istinadən yazıb ki, dünyanın ən böyük neft şirkətlərindən biri olan "Saudi Aramco" Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) satın alınması ilə bağlı danışıqlar aparır. Onların köməyi ilə yataqların hücumlardan qorunmasını təmin etmək nəzərdə tutulur.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
98
1
redaktor.az

10Источники