Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Gəncədə 26 yaşlı piyadanı avtomobil vurub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki 2002-ci il təvəllüdlü R.Əsgərov yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.