RU

Təyyarə havada quş ilə toqquşdu

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-də "United Airlines" aviaşirkətinə məxsus təyyarə quş ilə toqquşduqdan sonra qəza enişi etməli olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nyu-Cersidə baş verib.

Buradan Ceksonvillə uçan "Boeing 737 MAX 8" markalı təyyarə havaya qalxandan az sonra 1 km hündürlükdə ön şüşəsinə quş çırpılıb. Pilotlar çətin vəziyyətdə zədələnmiş təyyarəni hava limanına endirə biliblər.

Qeyd edək ki, göyərtədə olan 148 sərnişin və ekipaj üzvləri xəsarət almayıblar. Reys bir qədər gecikmə ilə başqa təyyarə ilə yerinə yetirilib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
112
525.az

1Источники