RU

İraqda hərbi bazaya PUA zərbəsi: 6 Fransa vətəndaşı XƏSARƏT ALDI – VİDEO

İraqın şimalında PUA hücumu nəticəsində 6 Fransa hərbçisi yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

İraqın şimalında həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində Fransa vətəndaşlığı olan 6 nəfər yaralanıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə İraqın Ərbil əyalətində yerləşən hərbi bazaya endirilən zərbə nəticəsində baş verib.

Bildirilir ki, xəsarət alanların hamısı Fransa hərbçiləridir. Onlara dərhal tibbi yardım göstərilib.

Hücumun hansı istiqamətdən və kimlər tərəfindən törədildiyi barədə hələlik rəsmi məlumat verilməyib.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
53
10
interpress.az

10Источники