RU

Fransanın İraqdakı bazası vuruldu: Yaralılar var - Video

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İraqın şimalında yeni hücum baş verib.

Musavat.com xəbər verir ki, İrana məxsus pilotsuz uçuş aparatları İraqın Ərbil şəhəri yaxınlığında – hava limanı ətrafında yerləşən Fransaya məxsus hərbi bazanı hədəfə alıb. Hücum nəticəsində altı fransız hərbçisinin yaralandığı bildirilir. 

Məlumata görə, dronlar bazanın yerləşdiyi əraziyə zərbə endirib. Hadisədən sonra bazada təhlükəsizlik tədbirləri gücləndirilib, yaralanan hərbçilər isə tibbi yardım üçün yaxınlıqdakı hərbi hospitala aparılıb.

 


Musavat.com

Избранный
91
musavat.com

1Источники