RU

Vuçiç: Serbiya 2041-ci ilə qədər böyük atom elektrik stansiyası tikməyi planlaşdırır

Serbiya enerji təhlükəsizliyini təmin etmək və artan elektrik enerjisi istehlakına hazırlaşmaq üçün 2041-ci ilə qədər böyük bir nüvə elektrik stansiyası tikməlidir.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Serbiya Radio Televiziyasında bildirib.

Onun sözlərinə görə, o, Fransa prezidenti Emmanuel Makronla nüvə enerjisinin inkişafı məsələsini müzakirə edib.

"Mən bütün mövzuları Makronla müzakirə etdim; Dehlidə bir saat yarım söhbət etdik. Sabah EDF ilə gələcək nüvə elektrik stansiyaları ilə bağlı vacib danışıqlarım olacaq, mütəxəssisləri necə yetişdirə və hazırlaya biləcəyimizi müzakirə edəcəyik", - Vuçiç deyib.

Vuçiç qeyd edib ki, nüvə enerjisinin inkişafı uzunmüddətli hazırlıq tələb edir.

"Buna görə də gələcəyə hazırlaşmalıyıq. Sabah səhər bu problemi həll etməyəcəyik, amma yaxın aylarda üzərində işləməliyik. Atom elektrik stansiyası tikməliyik. 2041-ci ilə qədər tamamlanmalıdır; söhbət böyük bir nüvə elektrik stansiyasından gedir", - deyə Prezident əlavə edib.

Избранный
114
far.az

1Источники