RU

Unai Emeri “Aston Villa”da 100-cü qələbəsini qazanaraq klub rekorduna imza atıb

“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə klubunun çalışdırıcısı kimi 100-cü qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, bu, Avropa Liqasının 1/8 finalının ilk oyununda baş verib. “Aston Villa” “Lill”i 1:0 hesabı ilə məğlub edib.

Emeri klubla 100 qələbəni əvvəlki bütün məşqçilərdən daha tez qazanıb. İspan məşqçiyə bu göstəriciyə çatması üçün 181 oyun lazım olub.

Unai Emeri “Aston Villa”ya 24 oktyabr 2022-ci ildə, klub İngiltərə Premyer Liqasından düşmək uğrunda mübarizə apardığı zaman rəhbərlik etməyə başlayıb. Komanda hazırda 29 oyundan sonra 51 xalla Premyer Liqada dördüncü yerdədir və Avropa Liqasının 1/8 finalında oynayır.

İdman.Biz
Избранный
125
2
idman.biz

5Источники