RU

Çin orbitə iki "Shiyan-30" eksperimental peykini çıxarıb

Çin orbitə iki "Shiyan-30" eksperimental peykini çıxarıb

Çin "Shiyan-30" ("Şiyan-30") seriyasından olan iki yeni eksperimental peykin uğurlu buraxılışını həyata keçirib.

AFN.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb. Peyklərin startı yerli vaxtla saat 06:33-də (Bakı vaxtı ilə 02:33) ölkənin cənub-qərbindəki Siçuan əyalətində yerləşən Siçan kosmodromundan baş tutub.

"Shiyan-30 03" və "Shiyan-30 04" aparatları orbitə "Long March-2D" daşıyıcı raketinin köməyi ilə çatdırılıb. Bu seriyadan olan peyklər əsasən elmi eksperimentlər, ətraf mühitin monitorinqi və Yer səthinin müşahidəsi üçün nəzərdə tutulmuş yeni texnologiyaların sınaqdan keçirilməsi məqsədilə istifadə olunur.

Bu buraxılış "Long March" seriyalı daşıyıcı raketlər üçün sayca 632-ci uçuş missiyası olub. Qeyd edək ki, "Shiyan-30" seriyasının ilk iki peyki (01 və 02) 2025-ci ilin sentyabrında orbitə göndərilmişdi.

Избранный
96
afn.az

1Источники