RU

ABŞ Rusiyanın 100 milyon barel neftini sanksiyadan azad etdi

ABŞ Maliyyə Nazirliyi 12 martdan əvvəl Rusiyadan gəmilərə yüklənmiş neft və neft məhsullarının satışına tətbiq edilən sanksiyaları ləğv edib.

Musavat.com xəbər verir ki, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən ümumi lisenziya bu cür əməliyyatlara 11 aprelə qədər icazə verir. Bu əməliyyatlar "Rusiya mənşəli, yuxarıda göstərilən aktlarla bloklanmış gəmilər də daxil olmaqla (ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahılarına daxil edilmiş - red.) istənilən gəmiyə yüklənmiş xam neft və ya neft məhsullarının satışı, çatdırılması və ya boşaldılmasına" aiddir.

ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, Moskva 12 martdan əvvəl gəmilərə yüklənmiş Rusiya neftinin satışına ABŞ sanksiyalarının müvəqqəti yumşaldılmasından əhəmiyyətli mənfəət əldə etməyəcək: "Bu hədəflənmiş, qısamüddətli tədbir yalnız artıq tranzitdə olan neftə aiddir və Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası verməyəcək".

Rusiya Prezidentinin xüsusi elçisi Kirill Dmitriyev isə elan edib ki, ABŞ-ın məhdudiyyətlərinin ləğvi tranzitdə olan təxminən 100 milyon barel Rusiya neftinə təsir edəcək. 

Musavat.com

 

Избранный
78
13
musavat.com

10Источники