RU

İranda dəhşətli gecə - İsrail Tehranın 11 məhəlləsinə raket atdı



ABŞ-İsrail-İran müharibəsi 14-cü gününə şiddətli toqquşmalarla qədəm qoyub.

İsrail gecə paytaxt Tehranın 11 fərqli məhəlləsinə raket ataraq bir sıra güclü partlayışlara səbəb olub. İranın cavab olaraq dərhal Şimali İsrailə raket zərbəsi endirməsilə 59 nəfər yaralanıb.

İran mediası ABŞ və İsrail hücumlarının təsirinə məruz qalan paytaxt Tehranda güclü partlayışların eşidildiyini bildirib.

Bəzi İran kanalları partlayışların şəhərin şərqində və cənubunda baş verdiyini bildirib.

Asri-İran xəbər saytı Tehranda partlayışların 11 fərqli ərazidə baş verdiyi barədə xəbər yayıb. Bu ərazilərə şəhərin şimalındakı Levasan, cənubdakı Zəfəraniyyə və İslamşəhr, şərqdəki Rey şəhəri, Perdis və Punek, qərbdəki Mərzdaran, Söhreverdi, Dövlət və Naziabad daxildir. Hələlik rəsmi açıqlama yoxdur.

İsrailin Qırmızı Ulduzlu Davud təcili yardım xidmətləri açıqlamasında İrandan edilən yeni raket hücumu nəticəsində 58 nəfərin yüngül olmaqla 59 nəfərin yaralandığını bildirib.

İrandan atılan raketlərdən sonra Şimali İsraildə partlayış səsləri eşidilib və sirenlər səslənməyə başlayıb. İsrail mediası İranın cavab zərbəsi nəticəsində bəzi evlərin zərər gördüyünü bildirib.

İsrail ordusu İrandan ölkənin şimalına yarım saat ərzində iki güclü raket hücumunun edildiyini açıqlayıb və əhalini sığınacaqlara çağırıb.

SAMİRƏ

Избранный
33
baki-xeber.com

1Источники