RU

ABŞ-nin tanker təyyarəsi İraqda qəzaya uğrayıb: Ölənlər var

ABŞ ordusuna məxsus yanacaq dolduran KC-135 tipli hərbi təyyarə İraqın qərbində qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan 6 ekipaj üzvünün hamısının həlak olduğu bildirilib.

Məlumata görə, təyyarə ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı istifadə olunurdu. ABŞ Mərkəzi Komandanlığı hadisənin əməliyyat zamanı baş verdiyini və hazırda xilasetmə və araşdırma işlərinin aparıldığını açıqlayıb.

Bildirilir ki, həmin vaxt havada iki yanacaq dolduran təyyarə olub. Onlardan biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə İsraildə eniş edib.

Pentaqon qəzanın düşmən və ya dost atəşi nəticəsində baş verməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, KC-135 ABŞ ordusunun əsas hava yanacaq doldurma təyyarələrindən biridir və bir uçuş zamanı təxminən 90 tona qədər yanacaq ötürə bilir.

Избранный
46
9
far.az

10Источники