AZ

ABŞ təyyarəsinin İraqda qəzaya uğraması nəticəsində bütün heyət üzvləri ölüb - YENİLƏNİB-3

ABŞ-nin "KC-135" yanacaq dolduran təyyarəsinin 6 heyət üzvünün hamısı İraq üzərində qəza nəticəsində ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

"İraqın qərbində qəzaya uğrayan ABŞ-nin "KC-135" yanacaq dolduran təyyarəsinin 6 heyət üzvünün hamısı ölü hesab edilir", - bəyanatda qeyd edilib.

Təyyarə martın 12-də "Epik qəzəb" əməliyyatı çərçivəsində İraqın hava məkanından uçarkən qəzaya uğrayıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Eyni zamanda CENTCOM vurğulayıb ki, təyyarənin qəzaya uğramasına nə düşmən, nə də dost atəşi səbəb olub.

Həlak olan hərbi qulluqçuların şəxsiyyəti onların ən yaxın qohumlarına məlumat verildikdən sonra 24 saat keçənədək açıqlanmır.

ABŞ-nin "KC-135" tipli yanacaq dolduran təyyarəsinin İraq üzərində qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) "X" hesabında məlumat verilib.

"Təyyarədəki altı ekipaj üzvündən dördünün həlak olduğu təsdiqlənib. Xilasetmə işləri davam edir, hadisənin baş vermə səbəbləri araşdırılır", - məlumatda qeyd olunub.

Bildirilib ki, onların şəxsiyyəti yaxın qohumlarına məlumat verilənədək 24 saat ərzində açıqlanmayacaq.

ABŞ-nin İraqın qərbində qəzaya uğrayan "KC-135 Stratotanker" yanacaq dolduran təyyarənin göyərtəsində azı 5 nəfər olub.

"Far.Az" xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb.

Adətən belə təyyarə uçuşlara 3-4 ekipaj üzvü ilə – pilot, ikinci pilot və yanacaqdoldurma operatoru ilə yola çıxır. Bəzi missiyalar əlavə ekipaj üzvləri tələb edir. Əsas funksiyasından əlavə, təyyarə həmçinin nəqliyyat təyyarəsi kimi və yaralıların təxliyəsi üçün istifadə oluna bilər.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) xilasetmə işlərinin davam etdiyini bildirərək, amerikalı hərbçilərin vəziyyətini dəqiqləşdirməyib.

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hərbi əməliyyat zamanı istifadə etdiyi "KC-135" yanacaq dolduran (tanker-qeyd) təyyarənin İraqın hava məkanında qəzaya uğradığını açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə komandanlığın "X" hesabında paylaşıb edilib.

"Mərkəzi Komandanlıq KC-135 tanker təyyarəsinin itkisindən xəbərdardır. Hadisə "Epik Qəzəb" əməliyyatı zamanı dost hava məkanında baş verib və xilasetmə işləri davam edir. Hadisəyə iki təyyarə cəlb olunub. Onlardan biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə təhlükəsiz yerə eniş edib. Hadisə nə düşmən, nə də dost atəşi ilə əlaqəli deyil", - deyə məlumatda qeyd olunub.

Seçilən
42
13
far.az

10Mənbələr