AZ

İraqda qəzaya uğrayan təyyarədəki 6 hərbçinin hamısı ölüb - Yenilənib » AzadMedia.az


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135 Stratotanker” yanacaqdolduran hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

“İraqda KC-135 təyyarəsinin itirilməsi nəticəsində dörd nəfərin ölümü təsdiqləndi”, - məlumatda deyilir.

***

ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumata görə, İraqın qərbində qəzaya uğrayan təyyarənin altı ekipaj üzvünün hamısı həlak olub.

Xatırladaq ki, hadisə İraqın qərb bölgəsində, ABŞ və müttəfiq qüvvələrin nəzarətində olan hava məkanında baş verib. Qəzaya uğramış təyyarədə altı ekipaj üzvü olub. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) təyyarəni onların vurduğunu bəyan edib, ABŞ tərəfi isə hadisənin səbəbini açıqlamayıb.
Seçilən
17
2
azadmedia.az

10Mənbələr