AZ

İraqda qəzaya uğrayan ABŞ təyyarəsinin ekipaj üzvlərinin öldüyü təsdiqlənib

ABŞ-a məxsus KC-135 tanker təyyarəsi 12 martda İraqda qəzaya uğrayıb və altı ekipaj üzvünün hamısı həlak olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də təyyarənin göyərtəsindəki altı hərbçinin hamısının öldüyünü təsdiqləyib. Komandanlığa görə, təyyarə "Epik qəzəb" əməliyyatı zamanı İraqın qərbində "dost hava məkanı" üzərindən uçarkən radarlardan itib.

Bildirilir ki, təyyarənin itkisinə düşmən və ya dost atəşi səbəb olmayıb. ABŞ-nin İraqdakı mərkəzi komandanlığının açıqlamasına görə, hərbçilərin şəxsiyyəti yaxın qohumlarına bildirildikdən 24 saat sonra açıqlanacaq.

Pentaqon əvvəllər dörd hərbçinin ölümü barədə məlumat vermişdi, iki hərbçi isə itkin düşmüş hesab olunurdu.

Bu arada, İranyönlü müqaviməti qrupu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Musavat.com

Seçilən
26
13
musavat.com

10Mənbələr