RU

İran İsrail və ABŞ-yə qarşı ağır döyüş başlıqlı raketlərdən istifadə edib

İran ordusu İsrail və ABŞ-yə qarşı həyata keçirilən əməliyyatlar zamanı ağır döyüş başlıqlı raketlərdən istifadə etdiyini bəyan edib.

BAKU.WS xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu əməliyyatın növbəti mərhələsi çərçivəsində ABŞ və İsrailə məxsus bir sıra hədəflərə raket zərbələri endirib.

Bildirilib ki, hücumlar zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən V Donanma bazası və regiondakı digər Amerika hərbi obyektləri hədəf götürülüb. Eyni zamanda Təl-Əviv və Eylat şəhərlərinə də zərbələr endirildiyi qeyd olunub.

İran tərəfi əməliyyat zamanı iki tonluq döyüş başlığına malik "Xorrəmşəhr" raketi, eləcə də bir tonluq döyüş başlığı ilə təchiz edilmiş "Emad" və "Xeybər Şəkan" raketlərindən istifadə edildiyini açıqlayıb.

Избранный
49
far.az

1Источники