Milli Məclisin deputatı Novruzəli Aslanov 12 mart 2026-cı il tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib.
aia.az xəbər verir ki, qəbulda deputatla birlikdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, aparatın işçiləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyatı olan digər qurumların rəhbərləri iştirak ediblər. Görüş rayonun Ruşan kəndində keçirilib. Sakinlər xüsusilə bir neçə küçə işıq dirəyinin yenilənməsinin və kəndarası yolların təmir edilməsinin vacibliyini diqqətə çatdırıblar. Millət vəkili qəbul zamanı sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.
Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rayonlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.