RU

ABŞ Rusiya neftinin alınmasına müvəqqəti icazə verdi

ABŞ-ın Maliyyə naziri Scott Bessent bildirib ki, hazırda dənizdə qalmış Rusiya neftinin alınmasına qlobal təchizatın əlçatanlığını artırmaq məqsədilə müvəqqəti icazə verilib.

Marja xəbər verir ki, Bessent sosial media hesabında mövzu ilə bağlı paylaşım edib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp qlobal enerji bazarlarında sabitliyi təşviq etmək üçün qəti addımlar atır. Bessentin sözlərinə görə, ABŞ bir tərəfdən İran tərəfindən yaradılan “təhdid və qeyri-sabitliklə” mübarizə aparır, digər tərəfdən isə neft qiymətlərini aşağı səviyyədə saxlamağa çalışır.

Nazir bildirib:

“Hazırkı təchizatın qlobal əlçatanlığını artırmaq məqsədilə Maliyyə Nazirliyi ölkələrə hazırda dənizdə qalmış Rusiya neftini almağa imkan verən müvəqqəti icazə verir.”

Bessent vurğulayıb ki, bu tədbir məhdud və qısamüddətli xarakter daşıyır və yalnız artıq yola çıxmış neft yüklərinə şamil edilir.

Onun sözlərinə görə, bu addım Rusiya hökumətinə ciddi maliyyə faydası gətirməyəcək. Çünki ölkənin enerji gəlirlərinin əsas hissəsi neftin hasilat mərhələsində tətbiq olunan vergilərdən formalaşır.

Nazir əlavə edib ki, Trampın enerji siyasəti nəticəsində ABŞ-da neft və qaz istehsalı rekord səviyyəyə çatıb və bu da amerikalılar üçün yanacaq qiymətlərinin azalmasına kömək edib. Onun sözlərinə görə, neft qiymətlərindəki son artım qısamüddətli və müvəqqəti bir vəziyyət hesab olunur.

ABŞ Maliyyə Nazirliyinin açıqladığı ümumi lisenziyaya görə, sanksiyalar çərçivəsində qadağan edilən Rusiya mənşəli neft və ya neft məhsullarının satışı, çatdırılması və ya gəmilərdən boşaldılması ilə bağlı əməliyyatlara yalnız bu yüklərin 12 martadək gəmiyə yüklənmiş olması şərti ilə 11 aprelədək icazə verilir.

İş elanları AzVak.az-da

Избранный
42
marja.az

1Источники