RU

Qrem Potter 2030-cu ilə qədər İsveç millisində! – ARENA.AZ

İsveç Futbol Assosiasiyası bu ölkənin milli komandasının baş məşqçisi Qrem Potter ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İngilis mütəxəssisin yeni sözləşməsi 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Qrem Potter 2025-ci ilin oktyabr ayından İsveç millisini çalışdırır. Komanda Potterin rəhbərliyi altında cəmi 2 oyuna çıxıb və 1 heç-heçə, 1 məğlubiyyət görüb.

Xatırladaq ki, İsveç milli komandası DÇ-2026-nın seçmə mərhələsinin pley-offunun yarımfinalında Ukrayna yığması ilə üz-üzə gələcək. Bu matçın qalibi Polşa – Albaniya cütünün qalibi ilə qarşılaşacaq.

Qrem Potter məşqçilik fəaliyyətinə 2008-ci ildə “Lids Karnegi”də başlayıb. Ardınca ingilis mütəxəssis “Östersund”, “Suonsi Siti” və “Brayton”u çalışdırıb. Potterin məşqçilik fəaliyyətinin zirvəsi isə 2022-ci ilin sentyabrında qəbul etdiyi “Çelsi” ilə əməkdaşlığa təsadüf edir. O, İsveç millisindən öncə İngiltərədə “Vest Hem”i də çalışdırıb.

Potterin məşqçilik qənimətləri rəfində “Östersund”la qazandığı İsveç kuboku var.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
80
6
arena.az

10Источники