RU

Böyük Britaniyanın Koventri Universitetinin Qazaxıstan filialının prezidenti BDU da

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniyanın Koventri Universitetinin Qazaxıstan filialının prezidenti Miras Daulenov Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan 525.az-a bildirilib ki, görüşdə rektor Elçin Babayev ölkələr arasında əlaqələrin elm və təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əlverişli əməkdaşlıq imkanları yaratdığını bildirib. Tərəflər elmi-tədqiqat və innovasiya əlaqələrinin gücləndirilməsi, qarşılıqlı akademik mübadilənin genişləndirilməsi, birgə magistr və doktorantura proqramlarının inkişafı kimi prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin dəqiq elmlər üzrə əməkdaşlıq imkanları, süni intellekt, rəqəmsal transformasiya sahələrində ortaq elmi layihələrin həyata keçirilməsi, habelə yeni nəsil tədqiqat laboratoriyalarının yaradılması təşəbbüsləri də müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
525.az

2Источники