RU

Portuqaliyalı “Beşiktaş”dan ayrılacaq: Sergen Yalçın istəmədi

"Beşiktaş" mövsümün əvvəlində "Nottingem Forest"dən 2,5 milyon avroya icarəyə götürdüyü Jota Silva ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı vingerin satınalma bəndindən yararlanmayacaq.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, "qara qartallar"ın baş məşqçisi Sergen Yalçın 26 yaşlı oyunçunun çıxışından narazıdır. Futbolçu türkiyəli mütəxəssisin gələcək planlarında yer almır.

Qeyd edək ki, "Beşiktaş" forması ilə indiyədək 15 rəsmi matça çıxan Jota Silva bu qarşılaşmalarda 3 qolla yadda qalıb.

İsveç millisi baş məşqçisi ilə bağlı qərarını verdi - MÜQAVİLƏSİ UZADILDI

Alman yarımmüdafiəçi daha 4 il “Dortmund”da - RƏSMİ

Dimarko Premyer Liqa yolunda

“Tottenhem”də ayrılıq yaxınlaşır

Qordon nəhənglərin hədəfində: PSJ VƏ “SİTİ”

Избранный
7
1
apasport.az

2Источники