RU

Boksçularımız Monteneqro kubokuna yollanıblar

Martın 15-də Budvada boks üzrə Monteneqro kuboku start götürəcək.

Apasport.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə mübarizə aparacaq.

Yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə rinqə çıxacaqlar. Onların hər ikisi 60 kq çəki dərəcəsində döyüşəcəklər.

Qeyd edək ki, bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.

Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Yeniyetmə boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Ölkə çempionatında qız boksçuların yarışı başa çatıb

Boksçumuz beynəlxalq turnirdə 1/4 finala vəsiqə qazanıb

Boksçumuz "Strandja" turnirində növbəti mərhələyə yüksəlib

Избранный
57
3
apasport.az

8Источники