BAKI, 13 mart. TELEQRAF
İkitərəfli əlaqələrin yüksəlməsi ilə paralel olaraq, ölkələrimiz arasındakı iqtisadi-ticari əməkdaşlıq güclü inkişaf dinamikası nümayiş etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında bildirib.
Diplomat bildirib ki, ötən il qarşılıqlı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 30,2% artaraq 4,87 milyard ABŞ dollarına çatıb və ardıcıl üçüncü dəfə rekord qırıb.
O, cari ilin yanvar ayında bu göstəricinin 420 milyon dollara çatdığını, bununla da Çinin ilk dəfə Azərbaycanın ən iri ticarət tərəfdaşları siyahısında üçüncü pilləyə yüksəldiyini vurğulayıb.
Səfirin sözlərinə görə, ticarətlə yanaşı, praktiki əməkdaşlığın keyfiyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşıb:
“Çin müəssisələri bərpa olunan enerji, avtomobil sənayesi, İKT və tikinti materialları istehsalı sahələrində aktiv layihələr həyata keçirir”.