RU

Abşeron yarımadasında 7 əsas kanalizasiya kollektorunun tikintisi planlaşdırılır

Bakı.Trend:

Abşeron yarımadası ərazisində yerləşən yaşayış məntəqələrinintullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılmasıməqsədilə kanalizasiya sistemlərinin yenidən qurulması üzrəlayihəyə uyğun olaraq yeni yaşayış massivləri ərazisindəmərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması üçün ilkinmərhələdə daşıyıcı kanalizasiya kollektorlarının, növbəti mərhələdəisə kanalizasiya şəbəkəsinin inşası nəzərdə tutulub.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, ilkin mərhələdə Abşeron yarımadasıərazisində yerləşən yaşayış məntəqələrində formalaşan tullantısularının idarə olunması məqsədilə 7 əsas daşıyıcı kollektorların(Dərnəgül Bakıxanov Qaraçuxur Hövsan kanalizasiya kollektoru; ZığHövsan kanalizasiya kollektoru; Müşfiqabad hövzəsi üzrə gətiricikanalizasiya kollektoru və tullantı su təmizləyici qurğu; Sahilkollektorunun yenidən qurulması; Lökbatan hövzəsi üzrə gətiricikanalizasiya kollektoru və tullantı su təmizləyici qurğu; Böyükşorhövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu; Pirşağı tullantı su təmizləyici qurğusunungətirici kanalizasiya kollektorları) tikintisi məqsədəmüvafiq hesabedilib.

Hazırda magistral kanalizasiya kollektorlarının ilkin mərhələsiüzrə tikinti quraşdırma işlərinə başlanılması üçün hazırlıq işlərigörülür. Layihəyə uyğun olaraq magistral kanalizasiyakollektorlarının tikintisi ilə mənsəb nöqtəsinin yaradılmasıtamamlandıqdan sonra qəsəbələrdə toplayıcı kanalizasiyaşəbəkələrinin mərhələli inşası dövlət investisiya proqramıçərçivəsində həyata keçiriləcəkdir.

Избранный
44
az.trend.az

1Источники