RU

Tərtərdə icra başçısının sakinlər ilə görüşündə insident oldu – Bir nəfər həbs edildi

BAKI, 13 mart. TELEQRAF

Tərtər rayon İcra Hakimiyyəti başçısının kənd sakinləri ilə görüşü zamanı insident yaşanıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Tərtər rayonu Yuxarı Sarıcalı kəndində baş verib.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının kənd sakinləri ilə görüş keçirən zaman tədbirin gedişatı zamanı insident olub.

Kənd sakini, 1985-ci il təvəllüdlü Arif Səmədov (ad-soyad şərti verilib – red.) icra bacısının görüşünün pozaraq müdaxilə edib və maneçilik törətməklə ictimai qaydanı pozub.

Bu hərəkətlərinə görə o, polis əməkdaşları tərəfindən saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham elan edilib.

Tərtər Rayon Məhkəməsinin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Избранный
16
8
teleqraf.com

9Источники