
İran İraqın Ərbil şəhərindəki Fransa bazasına pilotsuz təyyarə ilə hücum edib.
Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron hücumu "qəbuledilməz" adlandırıb.
"2015-ci ildən bəri İŞİD-ə qarşı mübarizədə xidmət edən qüvvələrimizə qarşı bu hücum qəbuledilməzdir. Onların İraqdakı mövcudluğu tamamilə terrorizmlə mübarizə çərçivəsindədir. İrandakı müharibə bu cür hücumlara haqq qazandırmır",-Makron bildirib.
Qeyd edək ki, hücum zamanı 1 əsgər ölüb, 5-i isə yaralanıb.
İlahə Qənbərli
Missiya.Az