AZ

İraqda Fransa hərbi bazasına hücum edilib - Makron sərt reaksiya verdi

İran İraqın Ərbil şəhərindəki Fransa bazasına pilotsuz təyyarə ilə hücum edib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron hücumu "qəbuledilməz" adlandırıb.

"2015-ci ildən bəri İŞİD-ə qarşı mübarizədə xidmət edən qüvvələrimizə qarşı bu hücum qəbuledilməzdir. Onların İraqdakı mövcudluğu tamamilə terrorizmlə mübarizə çərçivəsindədir. İrandakı müharibə bu cür hücumlara haqq qazandırmır",-Makron bildirib.

Qeyd edək ki, hücum zamanı 1 əsgər ölüb, 5-i isə yaralanıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr