RU

Tehran qırıcılarla BOMBARDMAN EDİLDİ, Oman PUA ilə VURULDU: ÖLƏNLƏR VAR 

Omanın Sohar vilayətində PUA-nın düşməsi nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə Omanın dövlət informasiya agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, PUA Əl-Əvahi sənaye rayonuna düşüb. Həlak olanların əcnəbilər olduğu bildirilib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrindən endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb. İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir.

İranın paytaxtı Tehran və ətrafında silsilə partlayışlar barədə məlumat yayılıb. Məlumata görə, hədəflərə qırıcı təyyarələrlə zərbə endirilib. Həmçinin İranın Dubaya (BƏƏ) PUA hücumundan sonra şəhərdə partlayışın baş verdiyi bildirilib.

Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Избранный
3
musavat.com

1Источники