RU

Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarının üçlüyünə daxil olub - Lu Mey

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Çinlə Azərbaycan arasındakı ticarətdövriyyəsi 420 milyon ABŞ dollarına çatıb və bu ilk dəfə olaraqÇini Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevirib.

Trend xəbər verirki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu MeyBakıda keçirilən brifinqdə deyib.

“İki ölkə arasındakı təkcə ticarət sürətlə artmır, həm dəpraktik əməkdaşlığın keyfiyyəti və səviyyəsi əhəmiyyətli dərəcədəyüksəlir”, – deyə o qeyd edib.

Səfirin sözlərinə görə, Çin müəssisələri Azərbaycanda bərpaolunan elektrik enerjisi istehsalı, avtomobil istehsalı,informasiya-kommunikasiya texnologiyaları və tikintimateriallarının istehsalı kimi sahələrdə layihələri fəal şəkildəhəyata keçirirlər.

“Çin və Azərbaycan ‘Bir kəmər – bir yol’ təşəbbüsü çərçivəsindəyüksək keyfiyyətli əməkdaşlığı birgə irəli aparır. Orta dəhlizinbir hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi yükaxınlarının artımını təmin edir və qlobal istehsal və logistikazəncirlərinin sabitliyinin qorunmasında mühüm rol oynayır”, – deyəLu Mey vurğulayıb.

Məqalədə:
Избранный
29
az.trend.az

1Источники