Bakı. Trend:
Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobuszolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlıgörüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Bildirilir ki, Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindənbildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyatvasitəsi saxlanılaraq duracağa yerləşdirilib.
Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən ilçəkilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyəttədbirləri görülüb.