RU

Qarabağda minlərlə mina tapılıb – Rəsmi rəqəmlər açıqlandı

2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

"Yeni Sabah" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatı təqdim edərkən bildirib.

Əli Əsədov bildirib ki, 2025-ci ildə 69,2 min hektar, 2020-ci ildən bəri isə ümumilikdə 249 min hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, tapıntıların sayı 237 min ədəd olub.

Məlumata görə, bu, minalarla çirklənmiş ərazilərin təxminən 3-də bir hissəsini təşkil edir.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
34
yenisabah.az

1Источники