RU

Səfir: Çin İranla bağlı ədalətli mövqedədir

Yazını böyüt
Yazını kiçilt

"Çin İran ətrafındakı vəziyyətlə bağlı atəşkəs çağırışını dəstəkləyir".

Hafta.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün brifinqdə bildirib. Səfir deyib ki, İranla bağlı vəziyyət dünya siyasətinin diqqət mərkəzindədir. Onun sözlərinə görə, Çin obyektiv və ədalətli mövqedə dayanaraq atəşkəsin dərhal bərqərar olunmasını tələb edir.

O, Çin xarici işlər naziri Van İ-nin “bu müharibə heç vaxt başlamamalıdır” fikrinə diqqət çəkib.

Lu Mey bildirib ki, Çin silahlı münaqişələrin genişlənməsinin qarşısını almaq üçün bütün tərəfləri qarşılıqlı etimad və dialoqa çağırır. Diplomat bildirib ki, zorakılığın daha da artması yalnız gərginliyi dərinləşdirəcək.

Səfir əlavə edib ki, münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün Çin bir sıra əsas prinsipləri önə çəkir:

“Bura dövlətlərin suverenliyinə hörmət, zor gücünə əldə olunan “sülh”ün yox, bərabərhüquqlu dialoq və siyasi həll yollarının axtarışı və beynəlxalq ictimaiyyətin konstruktiv rolunun gücləndirilməsi daxildir”.

Избранный
34
2
hafta.az

3Источники