RU

Bakıya yeni avtobuslar gətiriləcək

Ötən il “BakuBus” MMC 74 mln. ABŞ dolları dəyərində 260 ədəd elektrik avtobus sifariş edib.

“Yeni Sabah” xəbər verir ki,  bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Məlumata görə, onlardan 60 ədəd Naxçıvan, 200 ədəd isə Bakı şəhərində istifadəyə veriləcək. Sentyabrdan SKD üsulu ilə yığım başlayıb; 2025-ci il sentyabrda Sumqayıt Sənaye Parkında ilk avtobus təhvil verilib.

2027-ci ilin martından CKD üsulu ilə tam yığım həyata keçiriləcək, bunun üçün 3 hektar ərazi ayrılıb, tikinti 2026-cı ildə başlayacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
34
1
yenisabah.az

2Источники