RU

Goranboyda ümumrayon Novruz tədbiri keçirildi FOTOLAR

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Goranboy Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz bayramı ilə bağlı ümumrayon tədbirləri çərçivəsində Qaradağlı kəndində tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, Qərbi Azərbaycan İcmasının Goranboy  rayonu üzrə Nümayəndəliyi və icma üzvləri iştirak ediblər.

İcma üzvlərini bayram  münasibəti ilə təbrik edən icra başçısı Məhərrəm Quliyev çıxışında bildirib ki, Prezident cənab İlham Əliyev hər dəfə Qərbi Azərbaycanla bağlı fikirlərində tarixi ədalətin bərpası və azərbaycanlıların doğma yurdlarına dinc yolla qayıdış hüququnun təmin olunması baxımından mühüm siyasi mesajlar verir. Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarını müdafiə edən leqal təmsilçi kimi onların öz yurd-yuvalarına qayıtmaları istiqamətində beynəlxalq miqyasda da uğurlu fəaliyyət göstərir.  Tədbirdə rayonumuzun mədəniyyət işçilərinin və incəsənət ustalarının ifasında musiqi proqramı, folklor nümunələri və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirilib, bayram tonqalı yandırılıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
unikal.az

2Источники