Respublika Fənn Olimpiadasının (RFO) yarımfinal mərhələsində iştirak hüququ əldə edən Biləsuvar şagirdlərindən ikisi bacıdır.
"Cebheinfo.az"“Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, onlar Biləsuvar rayonu E.Kərimov adına Amankənd kənd tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Fatimə Əlizadə və 11-ci sinif şagirdi Tahirə Əlizadədir.
Hər iki bacı Azərbaycan dili və ədəbiyyatı üzrə RFO-nun finalında iştirak edəcək.
Qeyd edək ki, sözügedən məktəb üzrə daha bir şagird - 11-ci sinif şagirdi Nərmin Əlizadədə final mərhələsində iştirak hüququ qazanıb.
"Cebheinfo.az"