RU

Tramp yenə təhdid etdi: “İranın hərbi gücünü məhv etməyə davam edirik”

28 fevraldan etibarən İsraillə yanaşı İrana qarşı da hücumlar həyata keçirən ABŞ prezidenti Donald Trump Tehrana qarşı növbəti sərt bəyanat səsləndirib.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək İrana qarşı yeni təhdidlər səsləndirib.

O, İranın donanma və hava qüvvələrinin məhv edildiyi ilə bağlı iddiasını təkrarlayaraq, Tehranın raketlərinin, dronlarının və digər hərbi aktivlərinin məhv edilməsinin davam etdiyini bildirib.

Tramp qeyd edib: “Bizim misli görünməmiş atəş gücümüz, limitsiz sursatımız və çoxlu vaxtımız var. Bu gün bu dəli alçaqların başına nə gələcəyinə baxın.”

ABŞ prezidenti həmçinin iddia edib ki, İran “47 ildir bütün dünyada günahsız insanları öldürür”. O bildirib ki, buna görə həyata keçirilən əməliyyatları “qisas” kimi qiymətləndirir və bunu etməkdən “böyük qürur” duyduğunu deyib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
5
1
turkustan.az

2Источники