Çin Qırmızı Xaç Cəmiyyəti döyüşlər nəticəsində uşaqlarını itirən valideynlərə kömək etmək üçün İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinə 200 000 dollar məbləğində təcili humanitar yardım bağışlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun "Reuters" agentliyinə bildirib.
Diplomat vurğulayıb ki, Çin mülki şəxslərə və qeyri-hərbi hədəflərə qarşı bütün hücumları pisləyir.
Departament həmçinin Pekinin Tehrana İran xalqı üçün əlavə zəruri yardım və dəstək göstərməyə hazır olduğunu təsdiqləyib.
Qeyd edək ki, İrana ilk humanitar yardımı Azərbaycan, daha sonra Rusiya çatdırıb.
Ağarza Elçinoğlu