RU

İqlim maliyyələşdirilməsi bu sahəyə aid proqramlarda islahatların aparılması baxımından son dərəcə vacibdir - Muxtar Babayev

Bakı.Trend:

İqlim maliyyələşdirilməsi bu sahədə proqramlar və ümumilikdəiqlim gündəliyində islahatların aparılmas üçün son dərəcə mühüməhəmiyyət kəsb edir.

Trend xəbər verirki, bunu cümə günü Azərbaycan Prezidentinin iqlim məsələləri üzrənümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev “Keçid dövründəolan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusundaXIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Danışıqlardankənarda: COP-un dayanıqlılıq uğrunda mübarizə"adlı panel iclasındabildirib.

Onun sözlərinə görə, çoxtərəfli əməkdaşlıq böyük təzyiqaltındadır və BMT-nin bütün sistemi ciddi gərginlik yaşayır. Bunagörə də yalnız müsbət qərarlar qəbul etmək deyil, həm də onlarınreal həyata keçirilməsinə nail olmaq üçün sıx əməkdaşlıq son dərəcəvacibdir.

O xatırladıb ki, Bakıda keçirilən COP29 çərçivəsində İtki vəZərərə cavab verən Fondun fəaliyyətə başlaması barədə razılıq əldəolunub, həmçinin 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrüçün ildə ən azı 300 milyard dollar maliyyə vəsaitinin səfərbəredilməsi üzrə maliyyə hədəfi razılaşdırılıb və 1,3 trilyon dollarhəcmində iqlim maliyyələşməsinin səfərbər olunmasına dair praktikiplan təqdim edilib.

Muxtar Babayev qeyd edib ki, İtki və Zərərə cavab verən Fond iləbağlı hazırda qəbul edilmiş qərarların icrasına nəzarətaparılır.

“İlk illərdə donorlar tərəfindən İtki və Zərərə cavab verənFonda kifayət qədər aktiv vəsait axını müşahidə olunurdu. Lakinötən il bu prosesin tədricən intensivliyini itirdiyi nəzərə çarpdı.Bu fond, ilk növbədə, inkişaf etməkdə olan kiçik ada dövlətlərə vədigər ən həssas ölkələrə böyük fəlakətlərdən sonraiqtisadiyyatlarını və sosial həyatlarını bərpa etməyə kömək etməkməqsədilə vəsait toplayır”, – deyə o əlavə edib.

Eyni zamanda M.Babayev vurğulayıb ki, inkişaf etməkdə olanölkələr üçün ildə ən azı 300 milyard dollar vəsaitin səfərbərolunması barədə qərar, eləcə də 1,3 trilyon dollar iqlimmaliyyəsinin ayrılması üzrə praktiki plan hazırda ciddi təzyiqaltındadır.

“Dünya üzrə siyasətçilər getdikcə daha çox maliyyəöhdəliklərinin prioritetlərini yenidən nəzərdən keçirməyidüşünürlər. 2024-cü ildə Bakıda donorların 100 milyon dollar vəsaitayırmaq və 2035-ci il hədəflərinə doğru irəliləməni davam etdirməkbarədə qərar qəbul etdiyi unikal bir mühit mövcud idi. Lakinhazırda, təəssüf ki, bu qərarlarla bağlı geri addımlar atıldığıbarədə məlumatlar eşidirik və bu vəsaitlərin real nəticələrinigörmək üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2025-ciilin yekunlarına dair hesabatını gözləyirik.

Biz başa düşürük ki, bu gün digər çağırışlar – dövlətlərintəhlükəsizliyi, müdafiə məsələləri və hərbi mövzular getdikcə dahaçox diqqəti və maliyyə resurslarını özünə cəlb edir. Ölkələr butəhdidlərdən, müharibə və münaqişələrdən necə qorunmaq barədə dahaçox düşünürlər. Lakin həyat dəyişir və hamımız bu dəyişikliklərşəraitində yaşayırıq. Biz uyğunlaşmalıyıq, lakin eyni zamandainvestisiya qoymalı və maliyyələşməni təmin etməliyik. Çünkimaliyyə dəstəyi olmadan bütün addımlarımız və fəaliyyətimiz,təəssüf ki, problemin real həllinə və nəticələrin əldə olunmasınagətirib çıxarmayacaq”, – deyə Muxtar Babayev yekunlaşdırıb.

Məqalədə:
Избранный
52
1
az.trend.az

2Источники