RU

Ceyhun Bayramov Tatyana Valova ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdə olan BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-UNOG əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional məsələlər müzakirə edilib.

Azərbaycan ilə UNOG arasında əməkdaşlıqdan məmnunluq ifafə olunaraq, UNOG-un dayanıqlı inkişaf məqsədləri, iqlim dəyişmələri, iqtisadi inkişaf və digər müvafiq istiqamətlər üzrə fəaliyyətlərinə dəstək ifadə olunub.

Azərbaycanın öz növbəsində BMT çərçivəsində aktiv fəaliyyət göstərdiyi, COP-29 və növbəti COP-larda fəal iştirakı, bu il ölkənin Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WHF-13) ev sahibliyi edəcəyi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitinin keçiriləcəyi, növbəti ildən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyik edəcəyimiz diqqətə çatdırılıb.

Valovayanın Azərbayana səfərləri və bu səfərlər çərçivəsində keçirilmiş ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb və Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi, habelə ölkənin digər qurumları ilə UNOG arasında əməkdaşlığın gücləndirilməsi üçün yaratdığı şəraitə görə minnətdarlıq ifadə olunub.

Görüş zamanı, bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib. Bununla yanaşı, Yaxın Şərqdə hərbi eskalasiya barədə fikir mübadiləsi aparılıb.

Избранный
29
21
missiya.az

10Источники